"Yuventus"a getməkdən imtina etdi - Çinə üz tutdu

10:25 - 2 Yanvar 2017

Rusiyanın "Zenit" klubunun belçikalı futbolçusu Aksel Vitsel karyerasını Çində davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Yuventus"un heyətinə qatmaq istədiyi 27 yaşlı yarımmüdafiəçini Çinin “Tyanszin Çyuançzyan” komandasının 3 illik müqavilə təklifini qəbul edib. Asiyalılar Vitsel üçün illik 18 milyon avro maaş verəcək.

 

Bu transferdən "Zenit" 7 milyon avro qazanıb.

Qeyd edək ki, Belçika millisinin üzvü 2012-ci ildən "Zenit"də çıxış edirdi.

 

Əlavə edək ki, “Tyanszin Çyuançzyan”ın baş məşqçisi Fabio Kannavarodur.

Xəbər xətti