“Arsenal”ın baş məşqçisi Arsen Venger Olivye Jirunun “Kristal Pelas”a “əqrəb vuruşu” ilə vurduğu qoldan danışıb.
Sportal.az xəbər verir ki, təcrübəli çalışıdrıcı bu qolun unudulmayacağını söyləyib:
“Bunu bacarmaq üçün çalışmaq lazım deyil. Bu, sadəcə refleksdir. Qolu sənət əsərinə çevirdi. Bu qol “Jiru qolu” adlanacaq və uzun müddət yaddaşlardan silinməyəcək. Çox hücumçu ilə birgə çalışmışam. Əminliklə deyirəm ki, gördüyüm ən gözəl 5 qoldan biridir”.
saytlarin hazirlanmasi