“Mançester Yunayted”in hücumçusu Zlatan İbrahimoviç tənqidlərə münasibət bildirib.
Sportal.az xəbər verir ki, Zlatan tənqidlərin ona enerji verdiyini deyib. O, jurnalistlərin də ünvanına ironiyalı fikirlər səsləndirib:
“Özümü yaxşı hiss edirəm. Bundan sonra neçə il oynayacağımı bilmirəm, amma futboldan zövq alıram. Mən Premyer Liqaya gələndə çoxu deyirdi ki, burda alınmayacaq. Amma belə düşünənləri həmişə susdurmağı bacarmışam. İnanın, tənqidlər mənə enerji verir. Jurnalistlərə murdar şeylər yazmaq, mənə isə futbol oynamaq üçün pul verirlər. Bu da mənim xoşuma gəlir”.
Qeyd edək ki, ulduz futbolçu Premyer Liqada 13 qol qol vuraraq bombardirlər siyahısında Dİeqo Kostadan sonra 2-cidir.
saytlarin hazirlanmasi