"Yuventus"dan rəsmi transfer

16:05 - 3 Yanvar 2017

“Yuventus”un “Cenoa”nın yarımmüdafiəçisi Tomas Rinkonla anlaşdığı barədə məlumat vermişdik.

 

Sportal.az xəbər verir ki, “qoca sinyora” venesuelalı futbolçunun transferini rəsmən açıqlayıb. Turin təmsilçisi 28 yaşlı futbolçuya görə “Cenoa”ya 8 milyon avro ödəyib.

 

Rinkon "Yuventus"la 2020-ci ilə qədər müqavilə imzalayıb.

 

Venesuela milli komandasının kapitanı olan Rinkon, cari mövsümdə 16 oyunda şans qazanıb.

 

Xəbər xətti