“Antalyaspor”un kamerunlu ulduz futbolçusu Samuel Eto’Onun adı İngiltərə Premyer Liqasında mübarizə aparan “Hall Siti” klubuyla hallanır.
Sportal.az xəbər verir ki, “pələnglər”in baş məşqçisi Mayk Felan şayilərə münasibət bildirib:
“Bu haqda məlumatım yoxdu. Ancaq Eto’O gəlsə, möhtəşəm olardı. Bu xəbərlər həqiqəti əks etdirmir. Çünki bizim daha çox digər mövqeləri gücləndirməyimiz lazımdır. Daha çox müdafiə xəttinə fikir verməliyik. Samuel Eto’O hava toplarınının qarşısını ala biləcək?”
Qeyd edək ki, “Hall Siti” Premyer Liqada 20 turdan sonra 13 xal toplayıb və 19-cu pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi