"Trabzonspor"dan rəsmi transferlər

13:29 - 4 Yanvar 2017

Millimizin üzvü Ramil Şeydayevin şərəfini qoruduğu “Trabzonspor” heyətini yeni futbolçularla gücləndirib.

 

Sportal.az xəbər verir ki, Qara dəniz təmsilçisi Argentinanın “San Lorenso” klubunun sol cinah müdafiəçisi Emmanuel Masla anlaşıb.

 

Bundan əlavə, "Trabzonspor" "Sportinq"in 32 yaşlı müdafiəçisi Joao Pereyranı da heyətinə cəlb edib.

 

Hər iki futbolçu komandanın Antalyadakı təlim-məşq toplanışına qoşulub.

 

Xəbər xətti