Super Liqanın liderindən rəsmi transfer

15:54 - 4 Yanvar 2017

Türkiyə Super Liqasında fasiləyə lider yollanan "Başaşəhər" müdafiə xəttini gücləndirib.

 

Sportal.az xəbər verir ki, İstanbul klubu İsveçrənin "Vill" klubundan Egemen Qorxmazı transfer edib. Təcrübəli müdafiəçi ilə 1,5 illik müqavilə imzalanıb.

 

Xatırladaq ki, 34 yaşlı futbolçu Türkiyədə "Bursaspor", "Trabzonspor", "Beşiktaş", və "Fənərbaxça" kimi klublarda çıxış edib.

Xəbər xətti