Almaniyanın "Borussiya" Münhenqladbax klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Bundesliqa klubu "Sevilya"nın müdafiəçisi Timoti Kolodzeyçakı heyətinə cəlb edib. Fransız futbolçu ilə 4 illik müqavilə imzalanıb. Bu barədə məlumat "Borussiya"nın rəsmi saytından verilib.
Qeyd edək ki, 25 yaşlı müdafiəçi 2014-cü ildən "Sevilya"nın şərəfini qoruyurdu. O, əndəlusluların heyətində 47 qarşılaşmada meydana çıxıb.