“Maraqlı oyun izlədik. Birinci hissədə hər iki komandanın bir neçə epizodda hesabı dəyişmək üçün şansları oldu. Amma rəqib bu imkanlardan daha yaxşı istifadə etdi".
Sportal.az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Joze Alesio Da Silva İranın İsfahan şəhərində təşkil olunan futzal üzrə “4 Top Nations” beynəlxalq turniri çərçivəsində Rusiyaya 3:4 hesabı ilə uduzduqları oyundan onra deyib.
"İkinci hissədə oyunumuzu bir qədər dəyişdik və hesabı bərabərləşdirdik. Ardıcıl səhvlərimiz oldu və Rusiya kimi rəqib belə səhvləri bağışlamır. Ümumi götürdükdə, hər iki komanda yaxşı çıxış etdi” - deyə o bildirib.
saytlarin hazirlanmasi