Azərbaycanın U-18 yığmasına baş məşqçi təyin olunan Zaur Həşimov bununla bağlı fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, AFFA-nın rəsmi saytına açıqlama verən mütəxəssis bunları söyləyib:
“Mənə qürurverici və məsuliyyətli bir iş tapşırılıb. Etimad göstərdiklərinə görə AFFA rəhbərliyinə və milli komandanın baş məşqçisi Qurban Qurbanova təşəkkür edirəm. Azərbaycan futboluna fayda vermək üçün bütün bacarığımla çalışacağam”.
saytlarin hazirlanmasi