Azərbaycanın U-17 yığmasına baş məşqçi təyin olunan Ramin Quliyev bununla bağlı fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, AFFA-nın rəsmi saytına açıqlama verən mütəxəssis bunları söyləyib:
“Milli komandada çalışmaq son dərəcə məsuliyyətli, bir o qədər də şərəfli işdir. Belə bir vəzifəni mənə həvalə etdikləri üçün minnətdarlığımı bildirirəm. Etimadı doğrultmaq, üzərimə düşən vəzifəni layiqincə yerinə yetirmək üçün əlimdən gələni edəcəm”.
saytlarin hazirlanmasi