Elxan Məmmədov: "Bu qədər pul olsaydı, çempionatda 8 yox, 14 komanda saxlayardıq"

13:13 - 20 Dekabr 2017

AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycanın İspaniya Kral Futbol Federasiyasının baş sponsoru olmaq üçün 50 milyon avro təklif etməsi ilə bağlı yayılan xəbərə münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, Məmmədov İspaniyanın "As" nəşrinin yazdığı xəbərin doğru olmadığını bildirib:

 

"Gündəmdə belə bir məsələ yoxdur. Hərdən belə məlumat olur. Bir ara Türkiyə mətbuatında da SOCAR-ın stadionlara sponsorluq edəcəyi xəbərləri dolaşırdı. Bu, marketinq addımlarının işidir. Bu cür edirlər ki, maraq yaransın. Bu qədər pul olsaydı, çempionatda 8 yox, 14 komanda saxlayardıq”.

Xəbər xətti