Millimizin heyətində dəyişiklik baş verdi

10:08 - 25 Dekabr 2017

Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət millimizin heyətində dəyişiklik edilib. 

 

Sportal.az xəbər verir ki, “Səbail”in futbolçusu Vidadi Cəfərov hazırlıq prosesinə qatılmayıb.

 

Buna gənc hücumçunun zədəsi səbəb olub. Paytaxt klubunun futbolçusu dekabrın 29-dək davam edəcək hazırlıq prosesindən kənar qalacaq.

 

Qeyd edək ki, toplanışda 25 oyunçu iştirak edir.

Xəbər xətti