Millimizin sabiq məşqçisi: “Azərbaycanda işimizdən razı idilər”

12:59 - 28 Dekabr 2017

“Azərbaycanda bizi saxlamaq istəyirdilər”.

 

Sportal.az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının sabiq baş məşqçisi Robert Prosineçkinin köməkçisi Draqan Spasiç deyib. O, yığmamızdan niyə ayrıldıqlarına aydınlıq gətirib:

 

“3 ildən sonra bizim dəyişikliyə ehtiyacımız var idi. Bu səbəbdən oranı tərk etdik.  Ümumlikdə, işimizdən razı idilər. İşmiz onları qane edirdi”. 

 

Spasiç Bosniya və Herseqovina millisindən təklif aldıqlarını da təsdiqləyib:

 

“Lakin onlar bu işi uzadır. Belə olsa, sonradan bizə problem yarana bilər. O səbəbdən başqa təklifləri də gözləyirik”.

Xəbər xətti