Daha bir futbolçu milliyə dəvət aldı

14:58 - 10 Yanvar 2018

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə yeni futbolçu çağırılıb.

 

Sportal.az xəbər verir ki, “Qarabağ”ın yarımmüdafiəçisi Nicat Süleymanov  yığmağa dəvət edilib.

 

Qeyd edək ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi millimiz yanvarın 21-də və 26-da Albaniyanın, yanvarın 23-də isə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığma komandası ilə qarşılaşacaq.

 

Hər üç oyun yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 19:00) başlayacaq.

Xəbər xətti