AFFA milli komandamız üçün daha bir rəqib tapıb.
Sportal.az xəbər verir ki, Türkiyənin Antalya şəhərində təşkil olunacaq təlim-məşq toplanışı çərçivəsində Azərbaycan milli komandasının fevralın 2-də Kosovo yığması ilə yoldaşlıq oyunu keçirməsi barədə AFFA və Kosovo Futbol Federasiyası arasında ilkin razılıq əldə olunub.
Qeyd edək ki, millimizin Gürcüstanla fevralın 2-də keçirməli olduğu yoxlama oyunu qarşı tərəfin istəyilə ləğv olunmuşdu. Qurban Qurbanovun başçılıq etdiyi komanda yanvarın 30-da isə Moldova yığması ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi