"Bu mərhələdə milli komandanın əsas üzvləri öz klublarının düşərgəsindədirlər. Onların təlim-məşq toplanışı fərqli ölkələrdə keçirilir. Ona görə də indiki məqamda millinin toplanışı bir qədər çətin məsələdir".
Sportal.az xəbər verir ki, Gürcüstan Futbol Federasiyasının vitse-prezidenti Aleksandr İaşvili deyib. Azərbaycan və Gürcüstan milli komandaları arasında fevralın 2-də Antalyada keçirilməsi nəzərdə tutulan yoxlama oyunu təxirə salınıb. Belə ki, qonşu ölkənin yığma komandası Türkiyədəki təlim-məşq toplanışını təxirə salıb.
Bakının "İnter" komandasının sabiq futbolçusu yığmanın Antalya toplanışının ləğv olunmasının səbəbini açıqlayıb. O bildirib ki, yığmalar arasındakı görüş yaxın zamanlarda reallaşacaq: "Yanvarın 24-də Lozannada "Millətlər Liqası"nın rəsmi təqvimi açıqlandıqdan sonra bütün yoldaşlıq oyunlarının vaxtı müəyyənləşəcək. Gürcüstan və Azərbaycan yığmaları arasında yoldaşlıq oyunu başqa vaxtda keçiriləcək. Yaxın günlərdə tərəflər tarixi müəyyənləşdirəcəklər".
Qeyd edək ki, Azərbaycan millisi Türkiyə toplanışı çərçivəsinə Moldova və Kosovo yığma komandaları ilə üz-üzə gələcək.
saytlarin hazirlanmasi