Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək qızlardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.
Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki, yığmamız “Antalyaspor”un müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Görüş millimizin 6:1 hesablı qələbəsi ilə başa çatıb.
Birgül Çelikin het-trik etdiyi oyunda komandamızın digər qollarını Nigar Mirzəliyeva, Ümnisə Əliyeva və Anna Abulaşvili vurub.
saytlarin hazirlanmasi