“Dəniz Yılmaz Azərbaycan vətəndaşlığından imtina etməklə bağlı bizə rəsmi müraciət etməyib”.
Sportal.az xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib. O bildirib ki, bu məsələ yalnız mətbuatda yer alan xəbərlər səviyyəsindədir.
Qeyd edək ki, Azərbaycan yığmasının heyətində 2 oyun keçirən Dəniz Yılmaz son matçlara dəvət almayıb. Bir neçə gün öncə “Gənclərbirliyi” klubu ilə 1,5 illik müqavilə bağlayan və Türkiyə pasportuna da malik olan 30 yaşlı forvardın qonşu ölkədə legioner sayılmaması üçün Azərbaycan vətəndaşlığında imtina edəcəyi bildirilir. (Report)
saytlarin hazirlanmasi