Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik olub.
Sportal.az xəbər verir ki, hazırlıq prosesinə yanvarın 9-da start verən Rəşad Sadıqovun komandasına daha 4 futbolçu qoşulub.
Bunlar Mahir Mədətov, Ramil Şeydayev, Murad Xaçayev və Qismət Alıyevdi. Qış hazırlıq prosesinə öz klublarının heyətində start verən oyunçular U-21-in düşərgəsində olacaq və yoxlama matçlarında iştirak edəcək.
Qeyd edək ki, Rəşad Sadıqovun komandası Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama görüşündə "Alanyaspor"un U-21 komandasına 2-1 hesabı ilə qalib gəlib.
saytlarin hazirlanmasi