Rəşad Sadıqovun uğurlu debütü VİDEO

15:01 - 18 Yanvar 2018

21 yaşadək futbolçulardan ibarət millimiz Antalyada ilk yoxlama oyununda "Alanyaspor"un müvafiq yaş qrupu ilə qüvvəsini sınayıb.

 

Sportal.az xəbər verir ki, oyun Rəşad Sadıqovun başçılıq etdiyi yığmamızın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu, Sadıqovun yığmada baş məşqçi kimi debütü olub.

 

Qeyd edək ki, millimizin Antalyada növbəti yoxlama oyunları yanvarın 21-də və 26-da Albaniyanın, yanvarın 23-də isə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığmalarına qarşı nəzərdə tutulub. 


Yoxlama oyunu

Azərbaycan U-21 - "Alanyaspor" U-21 - 3:1 
Qollar:
Nicat Süleymanov, 43. Elnur Cəfərov, 44, Ülvi İsgəndərov, 70

 

Xəbər xətti