Bu gün Avropa Millətlər Liqasının püşkü atılacaq.
Sportal.az xəbər verir ki, Azərbaycan millisi ilk dəfə təşkil ediləcək yarışda sonuncu - D divizionunda yarışacaq. Yığmamız bu divizionun ən güclülərinin yer aldığı 1-ci səbətdə yer alıb. Yığmamız özü ilə bir səbətdə yer alan Makedoniya, Belarus və Gürcüstan yığmaları, həmçinin 2-ci səbətdə qərarlaşmış Ermənistan millisi ilə bir qrupda yer ala bilməz.
Püşkatma mərasimi bu gün Bakı vaxtı ilə saat 15:00-da, İsveçrənin Lozanna şəhərində baş tutacaq.
Millətlər Liqasının qrup mərhələsinin oyunları bu ilin sentyabr-noyabr aylarında keçiriləcək.
Millətlər Liqası, qrup mərhələsi
A Divizionu
1-ci səbət: Almaniya, Portuqaliya, Belçika, İspaniya
2-ci səbət: Fransa, İngiltərə, İsveçrə, İtaliya
3-cü səbət: Polşa, İslandiya, Xorvatiya, Hollandiya
B Divizionu
1-ci səbət: Avstriya, Uels, Rusiya, Slovakiya
2-ci səbət: İsveç, Ukrayna, İrlandiya, Bosniya və Herseqovina
3-cü səbət: Şimali İrlandiya, Danimarka, Çexiya, Türkiyə
C Divizionu
1-ci səbət: Macarıstan, Rumıniya, Şotlandiya, Sloveniya
2-ci səbət: Yunanıstan, Serbiya, Albaniya, Norveç
3-cü səbət: Monteneqro, İsrail, Bolqarıstan, Finlandiya
4-cü səbət: Kipr, Estoniya, Litva
D Divizionu
1-ci səbət: Azərbaycan, Makedoniya, Belarus, Gürcüstan
2-ci səbət: Ermənistan, Latviya, Farer adaları, Lüksemburq
3-cü səbət: Qazaxıstan, Moldova, Lixtenşteyn, Malta
4-cü səbət: Andorra, Kosovo, San Marino, Cəbəllütariq