Elxan Məmmədov: "Məqsədimiz birinci pilləni tutmaq olmalıdı"

17:07 - 24 Yanvar 2018

“Bizi maraqlı yarış gözləyir".

 

Sportal.az xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.  

 

Bu gün UEFA Millətlər Kubokunun püşkatma mərasimi keçirilib. Mərasimdə milli komandamızın da rəqiblərinin adları müəyyənləşib. Yığmamız qrupdan çıxmaq uğrunda Kosovo, Malta və Farer adalı ilə mübarizə aparacaq.

 

AFFA rəsmisi püşkatmanı belə dəyərləndirib: "Üç ay ərzində yarışın qrup mərhələsi başa çatacaq. Kənardan rəqiblərin aşağı reytinqli komandalar olduğu görünür. Ancaq komandamızın 3 gün ərzində 2 oyun keçirəcəyini və bu matçlardan birinin doğma, digərinin isə rəqib meydanında olacağını nəzərə alsaq, yarışın asan keçməyəcəyi dəqiqdir".

 

Məmmədov qrupu lider kimi tamamlamağın vacib olduğunu vurğulayıb: "Əlbəttə, məqsədimiz birinci pilləni tutmaq, düşüncəmiz isə hər oyunda qalib gəlməklə bağlı olmalıdır. Rəqiblərimiz də xal və ya xallar qazanmaq üçün mübarizə aparacaqlar. Bu baxımdan heç bir görüş asan keçməyəcək. Üç ay ərzində intensiv bir yarış izləyəcəyik. Missiya mümkündür".  

Xəbər xətti