Millimizin baş məşqçisi: "Bu müddət ərzində çatışmazlıqları aradan qaldırmağa çalışacağıq"

01:33 - 25 Yanvar 2018

“Bugünkü oyunda hamıya şans verməyə və yekun heyəti müəyyənləşdirməyə çalışdım. Əlbəttə, iki gün ərzində belə güclü rəqiblə ardıcıl oyunlar keçirmək çox çətindir. Bir neçə futzalçımız var ki, onlar hələ də tam hazır deyillər. Söhbət Fineo və Vitali Borisovdan gedir”.

 

Sportal.az xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva İrana qarşı keçirilən yoxlama görüşündən sonra deyib. Braziliyalı mütəxəssis 1:4 hesablı məğlubiyyəti belə şərh edib:

 

“Yenə müdafiədə səhvlərə yol verdik. Avropa çempionatına 6-7 gün vaxtımız qalıb. Bu müddət ərzində çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. Komandada hücumameyilli oyunçular çoxluq təşkil edir. Buna görə də müdafiədə boşluqlar yaranır. Bunu düzəltməliyik”. 

Xəbər xətti