Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib.
Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmamız Latviya ilə qarşılaşacaq.
Qurban Qurbanovun yetirmələri Baltikyanı ölkə təmsilçisi ilə iyunun 9-da üz-üzə gələcək. Yığmamız bu oyunu səfərdə keçirəcək. Qarşılaşmanın keçiriləcəyi stadion və başlanma vaxtı hələlik dəqiqləşməyib.
Qeyd edək ki, millimiz növbəti oyununu martın 27-də Makedoniya ilə keçirəcək.
saytlarin hazirlanmasi