Daha iki futbolçu U-21 millisinə dəvət aldı

11:57 - 15 Mart 2018

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının martın 15-dən 19-a qədər Bakıda keçiriləcək təlim-məşq toplanışında daha iki futbolçu qoşulacaq.

 

Sportal.az xəbər verur ki, Elvin Cəfərquliyev (Keşlə) və Samir Qurbanov (Qəbələ) da baş məşqçi Rəşad Sadıqovun sərəncamında olacaq.

 

Martın 19-dan etibarən hər iki futbolçu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının düşərgəsinə yollanacaq.

Xəbər xətti