Millətlər Liqasında Azərbaycan yığması ilə bir qrupda yer alan Malta millisinin baş məşqçisi Tom Saintfit Lüksemburq mətbuatına müsahibəsində komandasının bu turnirdəki şanslarını dəyərləndirib.
Sportal.az xəbər verir ki, 45 yaşlı mütəxəssis qrupun ən güclüsünün Kosovo yığması olduğunu bildirib:
“Millətlər Liqası bizim üçün önəmlidi. Bizim qrupun əsas favoriti Kosovodu. Bu milli digər yığmaları üstələyir. Azərbaycan millisində bu mövsümdə Çempionlar Liqasının qrup mərhələsində oynamış "Qarabağ"ın çoxlu futbolçusu çıxış edir. Yəni onların təcrübəsi var. Bir sözlə, çətin qrupda yer almışıq. Düzdü, Malta son 50 ildə seçmə mərhələdə cəmi 5 oyunda qalib gəlib. Buna baxmayaraq, qrupda heç olmasa 2 qələbə, 2 heç-heçəyə ümid edirəm. İkinci və ya üçüncü ola bilərik. Qrup sonuncusu olmaq istəmirik".
Millətlər Liqasının D qrupunda Azərbaycan və Malta yığmaları ilə yanaşı, Kosovo və Farer adaları milliləri də yer alıb.
saytlarin hazirlanmasi