16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, bu vəzifə Azər Məmmədova həvalə olunub.
Məmmədov futbolçu karyerasında əsasən “Turan”, “Kəpəz”, “Şəmkir”dəki çıxışı ilə tanınıb. O, həmçinin MOİK, “Xəzri”, “Qarabağ” və “Qəbələ”nin də şərəfini qoruyub.
Məmmədovun son iş yeri "Kəpəz" olub. O, "sarı-göylər"in əvəzedici komandasının baş məşqçisi vəzifəsində çalışıb.
saytlarin hazirlanmasi