17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının elit-raund mərhələsində ilk oyununu keçirib.
Sportal.az xəbər verir ki, yığmamız Almaniyanın Neubrandenburq şəhərində bu ölkənin müvafiq yaş qrupuna aid millisi ilə qarşılaşıb. Görüş komandamızın böyükhesablı məğlubiyyətiylə başa çatıb - 0:5.
U-17 elit-raund mərhələsində növbəti oyununu martın 25-də irlandiyalı həmyaşıdlarına qarşı keçirəcək.
U-17 qızlar, Avropa çempionatı
Elit-ranud
22 mart
Almaniya - Azərbaycan 5:0
Baş hakim: Anastasia Romanyuk (Ukrayna)
Köməkçi hakimlər: Oleksandra Vdovina (Ukrayna), Karolin Kaivoja (Estoniya)
Dördüncü hakim: Reelika Turi (Estoniya)
Almaniya, Neubrandenburq
saytlarin hazirlanmasi