Azərbaycan millisinin Makedoniya ilə Antalyada keçirəcəyi yoxlama oyununun hakimləri müəyyənləşib.
Sportal.az xəbər verir ki, matçın baş hakimi Türkiyə Futbol Federasiyasından Halis Özkahya olacaq. Ona Kemal Yılmaz və Kerem Ersoy kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Ali Palabıyık yerinə yetirəcək.
Qeyd edək ki, “Mardan” stadionunda keçiriləcək oyun martın 27-i Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
saytlarin hazirlanmasi