"Kəpəz" məşqləri bərpa etdi

01:05 - 25 Mart 2018

“Kəpəz” iki günlük bayram istirahətindən sonra məşqləri bərpa edib.

 

Sportal.az xəbər verir ki, “sarı-göylər” Bakıda hazırlıq keçir. Komanda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda məşq edib.

 

Xatırladaq ki, Gəncə klubu Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində aprelin 1-də doğma meydanda “Zirə” ilə qarşılaşacaq.

Xəbər xətti