PSJ-nin yarımmüdafiəçisi Xavyer Pastore mövsümün sonunda klubdan ayrıla bilər.
Sportal.az xəbər verir ki, argentinalı futbolçu Paris təmsilçisində karyerasını davam etdirməyinin çətin olduğunu dilə gətirib:
"PSJ-də yanlış yolda olduğumu anladım. Hələ 1 illik müqaviləm var və nələr olacağını bilmirəm. Hazırda mövsümü yaxşı bitirməyə və kubokları qazanmağa köklənmişəm. Sözün düzü, İspaniya La Liqası mənim üçün doğru seçim olacaq".
Pastore Neymarın PSJ-dən ayrılacağı ilə bağlı gəzən söz-söhbətlərə bu cür münasibət bildirib:
"Neymar PSJ-yə transfer olmaqla çox xoşbəxt oldu. Düzdür, komandamız bir "Barselona" deyil. Ancaq düşünürəm ki, Neymar ayrılmayacaq. Bu, mətbuatın bir oyunudur".
28 yaşlı oyunçu ÇL-də 1/8 finalda "Real"a təcrübəsizlik üzündən yenildiklərini deyib:
"Real" bizdən daha üstün idi. Onlara qarşı daha təcrübəsiz qaldıq. Başqa bəhanə axtarmağa lüzum yoxdur".
Qeyd edək ki, Pastore 2011-ci ildə "Palermo"dan 39,8 milyon avro qarşılığında PSJ-yə transfer olmuşdu.
saytlarin hazirlanmasi