Belçikalı futbolçu Emerinin ayrılacağını açıqladı

18:18 - 25 Mart 2018

PSJ-nin futbolçusu Tomas Mönye açıqlama verib.

 

Sportal.az xəbər verir ki, belçikalı müdafiəçi növbəti mövsüm PSJ-də baş məşqçi Unai Emeri daxil olmaqla çox şeyin dəyişəcəyini söyləyib:

 

"PSJ-də yeni mövsümdə baş məşqçi daxil olmaqla çox şey dəyişəcək. Klubum mənim vəziyyətimi bilir. Mən də özümü karyeram üçün bir komandada sübt etmək istəyirəm".

 

Qeyd edək ki, Mönye 2016-cı ildən PSJ-də çıxış edir. Belçika millisinin üzvü Dani Alveşin Paris klubun gəlişindən sonra əsas heyətdəki yerini itirib.

Xəbər xətti