Bakıda təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün rusiyalı həmyaşıdları ilə yoldaşlıq oyunu keçirib.
Sportal.az xəbər verir ki, “Dalğa Arena”da keçirilən oyun Rusiya millisinin minimal hesablı qələbəsi ilə nəticələnib. Həmid Ağalarov qarşılaşmanın 23-cü dəqiqəsində ruslara qələbə qazandıran qola imza atıb. Oyunun 78-ci dəqiqəsində rəqibin qapısına penalti təyin edilib. Ancaq Kamran Quliyevin zərbəsi dəqiq olmayıb. Top dirəkdən qayıdıb.
Xatırladaq ki, bu komandalar bir neçə gün öncə qarşılaşmış, oyun rusların böyük hesablı qələbəsi ilə nəticələnmişdi (4:0).
Yoldaşlıq oyunu
25 mart
17:00 Azərbaycan (U-19) - Rusiya (U-19) 0:1
Qol: Həmid Ağalarov, 23.
Bakı. "Dalğa Arena"
saytlarin hazirlanmasi