17 yaşadək qızlar arasında Avropa çempionatının elit-raundunda iştirak edən Azərbaycan millisi bu gün növbəti oyununa çıxıb.
Sportal.az xəbər verir ki, yığmamız İrlandiya millisi ilə qarşılaşıb. Matç yığmamızın 0:1 hesablı məğlubiyyəti ilə nəticələnib.
Bu, millimizin qrupda keçirdiyi ikinci oyun idi. Seçmə komandamız qrupda keçirdiyi ilk matçda meydan sahibi Almaniya yığmasına 0:5 hesabıyla uduzmuşdu. İrlandiya isə qrupdakı ilk qarşılaşmasında İslandiyaya uduzub - 1:2.
U-17 qızlar Avropa çempionatı, elit-raund
25 mart
İrlandiya - Azərbaycan 1:0
Qol: Boyle Karr, 47.
Baş hakim: Meytar Şemeş (İsrail)
Hakim köməkçiləri: May Moalem (İsrail), Anya Klimm (Almaniya)
Dördüncü hakim: Miriam Şveynefus (Almaniya)
Qrafsvald. “Volksstadion”