"Kəpəz"in zədəli futbolçuları sıraya döndü, Abdullazadə yubanır

14:33 - 26 Mart 2018

“Kəpəz”in uzun müddət zədəli olan futbolçuları – Dieqo Souza, Samir Zərgərov və Şadon Vinçester tam sağalaraq komanda ilə birgə məşqlərə başlayıblar.

 

Sportal.az xəbər verir ki, zədəsi daha ağır kimi qiymətləndirilən Vinçesterin bərpa prosesi gözlənildiyindən tez olub. Özünü yaxşı hiss edən hücumçu artıq kollektivə qoşulub.

 

Klubun tibbi personalını narahat edən yeganə məqam Kamran Abdullazadənin zədələnməsidir. Məşqdə sıradan çıxan futbolçu müalicə olunur. Yarımmüdafiəçinin diz bağlarında dartılma var.

Xəbər xətti