Qurban Qurbanov: "Psixoloji gərginlik var idi"

18:19 - 26 Mart 2018

Milli komandamız Antalyada Makedoniya ilə oyun öncəsində son məşqini keçib.

 

Sportal.az xəbər verir ki, hazırlıq prossesini izləyənlər arasında CBC Sport-un Türkiyəyə ezam olunmuş əməkdaşları da olub. 

 

Yığmamızın baş məşqçisi Qurban Qurbanov Belarusla matçdan sonra futbolçularda bir az psixoloji gərginlik olduğunu deyib: "Belarusa məğlubiyyətdən sonra uşaqlarda bir az psixoloji gərginlik var idi. Danışdıq ki, futbolda belə nəticələr olur. Buna hazır olmalıyıq. Nəticə öz yerində, bu gün çalışmalıyıq ki, bir neçə çatışmayan cəhətlərimiz var, bunu aradan qaldıraq. Uşaqlar hamısı istəklidir. Hamısı oynamağa hazırdırlar". 

 

Xatırladaq ki, Azərbaycan - Makedoniya matçı martın 27-də saat 20:00-da start götürəcək və CBC Sport-la canlı yayımlanacaq.

Xəbər xətti