Tural Axundov: "Rəqibimiz çox güclü komanda idi"

11:20 - 28 Mart 2018

"Rəqibimiz çox güclü komanda idi. Makedoniya yığmasını yaxşı təhlil etmişdik".

 

Sportal.az xəbər verir ki, bu fikirləri Azərbaycan milli komandasının futbolçusu Tural Axundov bildirib.

 

Millimizin heyətində ilk dəfə start heyətində Makedoniya yığmasıyla 1:1 hesabıyla nəticələnən yoldaşlıq görüşündə meydana çıxan "Sumqayıt"ın sağ cinah müdafiəçisi oyundan razı alıb: "Əlmizdən gələni etdik ki, onların güclü zonalarını bağlayaq. Elə də oldu, yaxşı oynadıq. Qol imkanlarımız da oldu ki, birindən istifadə etdik. Bir-iki imkanımız da oldu ki, hesabda önə keçək. Komandamız yaxşı oynadı. Belə oynasaq, yaxşı nəticələrə imza ata bilərik" 

 

Axundov VAR sisteminə belə münasibət bildirib: "Qapımıza sonda penaltiylə nəticələnən həmin epizodu görmədim. Videotəkrara baxıb nəsə demək olar. Buna baxıb dedillərsə, yəqin, penalti var". 

 

Tural millimizdə möhkənməyə köklənib: "Əlimdən gələni edəcəm ki, bu komandada yerimi möhkəmlədim, daim oynayım, xeyir verim. Bu vətənimizin yığmasıdı, onun şərəfini qorumalıyıq".

Xəbər xətti