“Neftçi” Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində qarşılaşacağı "Səbail” klubu ilə oyunun hazırlığını davam etdirir.
Sportal.az xəbər verir ki, paytaxt klubu bu gün İsmət Qayıbov adına təlim-məşq bazasında məşq keçib. Məşqdən əvvəl komanda üzvləri 21 yaşı tamam olan futbolçu Elnur Cəfərovu təbrik ediblər.
Milli komandaların düşərgəsində olan futbolçular hələlik "Neftçi”yə qoşulmayıblar.
Qeyd edək ki, "Neftçi” – "Səbail” matçı aprelin 2-də 8-ci km stadionunda baş tutacaq.
saytlarin hazirlanmasi