Portuqaliyanın "Sportinq" klubunda çıxış edən U-21 millimizin üzvü Budaq Nəsirov mövsümün sonunda komandadan ayrılacaq.
Sportal.az-ın əldə etdiyi məlumata görə, mövsümün əvvəlində komandasıyla müqavilə müddətini uzadan Budaq zədə səbəbində bir neçə oyunu qaçıraraq performansını tam ortaya qoya bilməyib.
21 yaşlı yarımmüdafiəçi mövsümün sonunda azad agent statusu olacaq. Nəsirovun karyerasını Azərbaycan, Portuqaliya və Çexiyada davam etdirmək variantları var. Ölkəmizdən U-21 millimizin üzvünə iki klub "elçi düşüb".
Onun taleyinə irəliləyən zamanda aydınlıq gələcək.
saytlarin hazirlanmasi