"Neftçi”nin 3 futbolçusu – Valeh Qəhrəmanlı, Fərid Yusifli və Mahir Həsənov Azərbaycanın U-17 milli komandasına dəvət olunub.
Sportal.az paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, aprelin 3-dən 8-dək Bakıda təlim-məşq toplanışına qatılacaq "Neftçi”nin üzvləri ayın 9-dan 15-dək Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək UEFA İnkişaf turnirində iştirak edəcəklər.
“Neftçi”nin daha 2 futbolusu da U-16 milli komandasına dəvət alıblar. Mirəli Əhmədov və Nihad Cəfərov aprelin 2-dən 6-dək Bakıda olacaq seleksiya xarakterli təlim-məşq toplanışına qoşulacaqlar.
saytlarin hazirlanmasi