Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Yuventus" - "Real" matçının hakimləri bəlli olub.
Sportal.az xəbər verir ki, Turində baş tutacaq görüşü türkiyəli FIFA referisi Cüneyt Çakır idarə edəcək. Ona Bahəttin Duran və Tarık Ongün kömək edəcəklər. Oyunun dördüncü hakim funksiyasını Mustafa Əmrə Eyisoy yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Hüseyn Göçək və Barış Şimşək olacaq.
Qeyd edək ki, "Yuventus" - "Real" matçı arelin 3-ü, Bakı vaxtıyla saat 22:45-də baş tutacaq.
saytlarin hazirlanmasi