Millimiz Yunanıstandan sonra Makedoniya ilə qarşılaşacaq

13:15 - 3 Aprel 2018

20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının may ayı üçün hazırlıq proqramı müəyyənləşib.

 

Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki, ayın 16-da Bakıda Yunanıstanın müvafiq yaş qrupuna aid yığma komandası ilə yoldaşlıq görüşü keçirəcək komandamız ayın sonunadək daha iki qarşılaşmada qüvvəsini sınayacaq. U-20 mayın 24-də və 27-də Bakıda Makedoniyanın U-21 yığması ilə qarşılaşacaq.

 

Oyunların keçiriləcəyi stadion və başlama saatı hələlik müəyyənləşməyib.

Xəbər xətti