Fransa telekanalında idman eksperti olan keçmiş futbolçu Biksant Lizarazyu VAR (video hakim sistemi) texnologiyasıyla bağlı danışıb.
Sportal.az xəbər verir ki, Fransa millisinin sabiq üzvü bu sistemi zövq almadan sekslə məşğul olmağa bənzədib:
"VAR zövq almadığın seks kimidir. Bu sistemi havada fişənglər partlayan an sanki dayanmalı olduqları kimi hiss etdim. "Monako" fanatları Falkaonun qoluna sevindilər, həyəcanlandılar, amma VAR-ın qərarından sonra ləğv edildi. Bu, insanı özündən çıxaran vəziyyətdir. Bu texnologiyadan fərqli istifadə edilməlidir. Stadionda və TV-də hər kəsə açıq göstərilməlidir. Biz də bu şounun bir parçası olmaq istəyirik".
Qeyd edək ki, 48 yaşlı sabiq müdafiəçi Fransa millisində 97 oyuna 2 qol vurub. O, "Bordo", "Atletik", "Bavariya" və "Marsel" kimi klublarda çıxış edib.
saytlarin hazirlanmasi