Bu gün 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının elit-raund mərhələsində ilk oyununu keçirəcək.
Sportal.az xəbər verir ki, saat 13:30-da başlayacaq oyunda komandamız fransalı həmyaşıdları ilə qarşılaşacaq.
Xatırladaq ki, millimizin yer aldığı qrupun oyunları Finlandiyada keçirilir. Qrupda millimiz və Fransa yığmasından başqa, Belçika və Finlandiya seçmə komandaları da mübarizə aparır.
U-19 Avropa çempionatı, elit-raund (qızlar)
4 aprel
13:30 Fransa - Azərbaycan
Baş hakim: Rebekka Velç (İngiltərə)
Baş hakimin köməkçiləri: Helen Birne (İngiltərə), Lotta Vuorio (Finlandiya)
Dördüncü hakim: Hanna Kapiainen (Finlandiya)
saytlarin hazirlanmasi