Haynkes: "Çempionlar Liqasını qazanmaq istəyiriksə, bu matçdan daha yaxşı oynmalıyıq"

12:33 - 4 Aprel 2018

"Bavariya"nın baş məşqçisi Yupp Haynkes ÇL-in 1/4 final mərhələsində səfərdə "Sevilya"ya 2:1 hesablı qalib gəldikləri görüşdən sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, alman mütəxəssis ilk hissədəki oyunlarında razı qalmayıb:

 

"Oyuna yaxşı başladıq və özümüzə güvəndik. Daha sonra səhvlər etməyə başladıq. Meydanın mərkəzində nöqsanlara yol verirdik. Fasilədə ciddi söhbət etdim. İkinci hissədə isə oyuna biz nəzarət etdik. Çempionlar Liqasını qazanmaq istəyiriksə, bu matçdan daha yaxşı oynmalıyıq. Ancaq hazırda qələbə daha önəmlidir".

 

Qeyd edək ki, bu komandaların cavab görüşü aprelin 11-də baş tutacaq.

Xəbər xətti