Serxio Ramos: "Cəzalı duruma düşməyim yaxşı oldu"

13:46 - 4 Aprel 2018

"Real"ın kapitanı Serxio Ramos Çempionlar Liqasının 1/4 finalında "Yuventus"a qalib gəldikləri oyundan sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, təcrübəli müdafiəçi İtaliya təmsilçisiylə görüşdə sarı vərəqə almaqla cəzalı duruma düşüb. Bu səbəbdən o, cavab görüşünü buraxacaq. Bununla bağlı danışa Ramos cəza almasının yaxşı olduğunu deyib:

 

"Bu hesaba baxsaq, cəzalı duruma düşməyim yaxşı oldu. Ancaq cəmi bir dəfə qaydanı pozmuşdum və sarı vərəqə aldım. Buna görə təəcübləndim. Rəqibimizi daha böyük hesabla yenə bilərdik. Hər kəs bu oyunda mükəmməl iş ortaya qoydu. Evimizdə bu işi bitirməliyik".

 

Qeyd edək ki, cütün cavab matçı aprelin 11-də baş tutacaq.

Xəbər xətti