Bu gün 19 yaşadək qızlardan ibarət futbol üzrə Azərbaycan yığması Avropa çempionatının elit-raund mərhələsində ilk oyununu keçirib.
Sportal.az xəbər verir ki, millimiz fransalı həmyaşıdları ilə qarşılaşıb. Oyun yığmamızın böyükhesablı məğlubiyyəti ilə başa çatıb - 0:6.
Xatırladaq ki, millimizin yer aldığı qrupun oyunları Finlandiyada keçirilir. Qrupda millimiz və Fransa yığmasından başqa, Belçika və Finlandiya seçmə komandaları da mübarizə aparır.
U-19 Avropa çempionatı, elit-raund (qızlar)
4 aprel
Fransa - Azərbaycan 6:0
Baş hakim: Rebekka Velç (İngiltərə)
Baş hakimin köməkçiləri: Helen Birne (İngiltərə), Lotta Vuorio (Finlandiya)
Dördüncü hakim: Hanna Kapiainen (Finlandiya)