"Liverpul" "Mançester Siti"ni, "Barselona" "Roma"nı böyük hesabla məğlub etdi

00:47 - 5 Aprel 2018

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub. 

 

Sportal.az xəbər verir ki, “Barselona” öz meydamında “Roma”nı sınağa çəkib. Matçda meydan sahibləri 4:1 hesablı qələbə qazanıb.

 

Digər görüşdə isə İngiltərə təmsilçilərinin qarşıdurması baş tutub. “Liverpul” “Mançester Siti”ni qəbul edib və 3:0 hesabıyla qələbə qazanıb.

 

Çempionlar Liqası

1/4 final (ilk oyunlar)

4 aprel

 

“Liverpul” (İngiltərə) – “Mançester Siti” (İngiltərə) - 3:0

Qollar: Salah, 12, Oksleyd-Çemberleyn, 21, Mane, 31

Baş hakim: Feliks Brix (Almaniya)

Liverpul, “Enfild Roud” stadionu


“Barselona” (İspaniya) – “Roma” (İtaliya) - 4:1

Qollar: De Rossi, 38 (avtoqol), Manolas, 55 (avtoqol), Pike, 59, Luis Suares, 87 - Ceko, 80

Baş hakim: Danni Makiele (Hollandiya)

Barselona, “Nou Kamp” stadionu

Xəbər xətti