Bu gün 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının elit-raund mərhələsində ikinci oyununu keçirib.
Sportal.az xəbər verir ki, millimiz Belçika ilə üz-üzə gəlib. Görüş rəqibin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, yığmamız qrupdakı ilk oyununda Fransaya da böyük hesabla (0:6) uduzmuşdu. Belçika yığması isə ilk turda Finlandiyaya məğlub olmuşdu - 0:2.
U-19 Avropa çempionatı, elit-raund (qızlar)
7 aprel
Belçika - Azərbaycan 5:1
Qol: Hanne Merkelbax, 41. Mariam Abdulai Toloba, 51; 71. Mari Minnart, 69-pen. Ella Virendeels, 85 - Çağla Kanpara, 88.
Baş hakim: Tess Olofsson (İsveç)
Baş hakimin köməkçiləri: Josefin Aronsson (İsveç), Lotta Vuorio (Finlandiya)
Dördüncü hakim: Hanna Kapiainen (Finlandiya)